Xəbərlər

Bloomberg: Harris gələn həftə Zelenski ilə görüşə bilər

“ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris gələn həftə Vaşinqtonda Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Zelenski sentyabrın 24-dən 30-dək keçiriləcək BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində müzakirələrdə yer alacaq. O həmçinin Nyu-Yorkda ABŞ Prezidenti Co Baydenlə də görüşə bilər.