Xəbərlər

Bloomberg: İran gəmisi İsrailin mümkün hücumundan qorxaraq Qırmızı dənizi tərk edib

İranın “Behshad” gəmisi İranın bu yaxınlarda İsrail ərazisinə endirdiyi raket və pilotsuz təyyarə zərbəsinə cavab olaraq İsrailin mümkün hücumundan ehtiyat edərək Qırmızı dənizi tərk edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

“İran gəmisi aprelin 18-də İslam Respublikasının cənubunda yerləşən Bəndər Abbas limanına çatacaq”, – agentlik qeyd edib.

Məlumata görə, “Behshad” İsrail Hərbi Hava Qüvvələrinin İranın Suriyadakı səfirliyinin konsulluq bölməsini atəşə tutmasından sonra Qırmızı dənizi tərk etmək qərarına gəlib və buna görə Tehran İsraili cəzalandıracağına söz verib.