Xəbərlər

Bloomberg: İran Hayfa ətrafındakı infrastruktura hücum edə bilər

“İran və ya bir sıra iranpərəst qruplar İsrail vətəndaşları arasında itkilərin qarşısını almaq üçün Hayfa şəhəri yaxınlığındakı infrastruktura zərbələr endirə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.

“Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə verilən cavablardan biri də İsrailin Hayfa şəhəri ətrafındakı infrastruktura hücum ola bilər ki, bu da mülki əhali arasında itkilərə səbəb olmayacaq. Bunun səbəbi, mülki şəxslərin ölümünün İsrailin dağıdıcı reaksiyasına səbəb ola biləcəyidir”, – məlumatda bilirilib.

Məlumatda qeyd edilib ki, başqa bir cavab daha güclü hücum ola bilər, İsrailin zavodları, nüvə reaktoru və ya ölkənin hərbi obyektləri kimi hədəfləri əhatə edə bilər.