Dünyanın ən zəngin 10 adamının sərvəti ABŞ prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsindən sonra ümumilikdə rekord həddə – 63,5 milyard dollar səviyyədə artıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.
Seçkilərin nəticələrindən ən çox qazanan dünyanın ən varlı adamı İlon Mask olub.
Verilən məlumata görə, Maskın sərvəti Trampın qələbəsindən sonra 10,1% (26,5 milyard dollar) artaraq 290,3 milyard dollara çatıb.