“Getdikcə daha çox ölkə Kiyevin münaqişəyə son qoymaq üçün güzəştə getməli olduğunu qəbul edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” Avropa rəsmilərinə istinadən məlumat yayıb.
“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə güzəştə getməli olacaq. Nizamlanmaya dair bu cür çağırışlar Kiyevin müttəfiqlərinin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Ağ Evə qayıtmasından və yardımın mümkün kəsilməsindən əvvəl nəsə etməyə çalışdığını göstərir”, – məlumatda bildirilib.