Xəbərlər

Bloomberg: Ukrayna üzrə danışıqlar tezliklə başlamalıdır

“NATO ölkələri etiraf edirlər ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlar tezliklə başlamalıdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” diplomatik mənbələrə istinadən məlumat yayıb.

“Alyans ölkələri Ukraynada vəziyyətin qeyri-sabit olduğunu qəbul etdikləri üçün danışıqların mümkünlüyünü müzakirə etməyə başlayıblar. NATO danışıqların yaxın gələcəkdə başlamalı olduğunu başa düşür. Avropa ölkələri də belə danışıqlar başlayarsa, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa yaxşı görünmək məqsədilə bu məsələni müzakirə etməyə başlayacaqlar. Tramp seçki kampaniyası zamanı Ukrayna münaqişəsinə son qoymaq niyyətində olduğunu bildirib”, – məlumatda qeyd olunub.