Xəbərlər

BMT: 100 min ton ərzaqın Qəzzaya çatdırılmasını gözləyirik

“BMT 100 min tondan çox ərzağın lazımi icazələrinin alınmasını və Qəzza zolağına çatdırılmasını gözləyir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

“Oktyabrın ortalarına qədər ən azı 100 min ton ərzaq Qəzza zolağına çatdırılmalıdır ki, bu da anklavın bütün əhalisi üçün iki aydan çox qida rasionuna bərabərdir. Lakin hələ də ərzaqlar anklavdan kənardadır və təcili olaraq müxtəlif dəhlizlərlə daşınmalıdır”, – məlumatda bildirilib.

Verilən məlumata görə, İsrail sentyabr ayında 285 humanitar missiyasının təxminən yarısına Qəzzaya girişi rədd edib.