Sentyabrın sonunda İsrailin Hizbullah hərəkatına qarşı başlatdığı hərbi əməliyyatdan sonra ən azı 540 min insan Livanı tərk edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
Verilən məlumata görə, təxminən 34 min 992 nəfər livanlı İraqa köçüb.