800 mindən çox Livan sakini Hizbullah hərəkatı ilə İsrail arasında münaqişə və Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
“2023-cü il oktyabrın 8-dən indiyədək 809 043 məcburi köçkün olub ki, onların da 52 faizini qadınlar, 48 faizini isə kişilər təşkil edir”, – hesabatda qeyd olunur.