Aprel ayında ərzaqla dolu 392 yük maşını Qəzza zolağına daxil olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) açıqlama verib.
Açıqlamada bu rəqəmin keçən ay Qəzzaya çatan avtomobillərin sayı ilə təxminən eyni olduğu ifadə edilib.
“Qəzzada aclığın qarşısını almağın yeganə yolu yardımların müntəzəm və fasiləsiz çatdırılması və humanitar atəşkəsin təmin edilməsidir”, – açıqlamada bildirilib.