Xəbərlər

BMT baş katibi İsrail və Livan arasında atəşkəsi alqışlayıb

BMT-nin baş katibi Antonio Quterreş Livan və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Quttereşin ofisindən bildirilib.

“BMT-nin baş katibi Livan və İsrail arasında atəşkəs elan edilməsini alqışlayır, bu razılaşmanın hər iki ölkədə zorakılığa, dağıntılara və iztirablara son qoyacağına ümid edir. O, tərəfləri sazişdə nəzərdə tutulmuş bütün öhdəliklərə tam əməl etməyə və operativ şəkildə yerinə yetirməyə çağırır. Quttereş BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icrası istiqamətində addımların atılmasına çağırıb”, – məlumatda qeyd edilib.