Xəbərlər

BMT Baş katibi Nyu Orleandakı terror aktını pisləyib

BMT-nin baş katibi Antonio Quterreş Nyu Orleans şəhərində azı 15 nəfərin həyatına son qoyan terror aktını qətiyyətlə pisləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT baş katibinin mətbuat xidmətinin məlumatında bildirilib.

“Baş katib Yeni il bayramını qeyd edən izdihama avtomobillə hücum edərək azı 15 nəfərin ölümünə və 30 nəfərin yaralanmasına səbəb olan Nyu Orlean hücumunu kəskin şəkildə pisləyir”, – məlumatda qeyd olunub.