Xəbərlər

BMT: İordan çayının Qərb sahilində 693 fələstinli ölüb

2023-cü il oktyabrın 7-dən sonra yaşanan qarşıdurmalarda İordan çayının Qərb sahilində və Şərqi Yerusəlimdə azı 693 fələstinli ölüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Fələstinin işğal olunmuş ərazilərindəki Humanitar İşlər üzrə Koordinasiya Ofisinin nümayəndəsi bildirilib.

Sənəddə o da qeyd olunub ki, eyni dövr ərzində həmin bölgədə və Qüdsdə 23 israilli öldürülüb. Onların arasında İsrail Müdafiə Qüvvələrinin 17 əsgəri də var.