“İsrail sentyabr ayında Qəzza bölgəsindəki məktəblərə ən azı 10 dəfə hücum edib, 86 nəfər ölüb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Fələstindəki İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.
“Təkcə sentyabr ayında 10 məktəbə hücum edilib. Bu hücum nəticəsində 86 nəfərin öldüyü barədə məlumat verilib”, – sənəddə deyilir.
Beynəlxalq təşkilatın məlumatına görə, son üç gün ərzində İsrail ikisi Qəzza şəhərində, biri isə Nuseirat qaçqın düşərgəsində olmaqla üç məktəbə hücum edib. Bu hücumlar nəticəsində 16 uşaq da daxil olmaqla 32 nəfər həlak olub.