“BMT-yə bağlı təşkilatlar Qəzzaya humanitar yardım çatdırmağa çalışırlar, lakin İsrail tərəfindən tətbiq edilən giriş məhdudiyyətləri davam edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin sözçüsü Stefani Tremblay bildirib.
“Aktiv döyüşlərə və İsrailin məhdudiyyətlərinə baxmayaraq, BMT-nin rəhbərlik etdiyi iki humanitar missiya dekabrın 20-də Qəzzanın şimalında mühasirəyə alınmış ərazilərə daxil ola bilib. 18-22 dekabr tarixləri arasında Qəzzanın şimalına çatmaq üçün BMT-nin İsraildən tələb etdiyi 8 missiyadan yalnız ikisi təsdiqlənib. Biz bu bölgələrdə insanların yardım çatdırılmasından sonra daha şiddətli bir hücumun baş verə biləcəyindən narahatıq. İsrail 66 yardım maşınının Qəzzaya keçməsinə icazə versə də, dünən sözügedən konvoya hücum edib. Bu səbəbdən 66 yardım maşınından yalnız 43-ü ehtiyacı olan fələstinlilərə çatdırıla bilib”, – Tremblay qeyd edib.