“Qəzza zolağına keçən ay orta hesabla 159 humanitar yardım maşın daxil olub və bu bölgədəki ehtiyacdan çox aşağıdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzzadakı vəziyyətlə bağlı açıqlamasında bildirib.
Açıqlamada İsrailin mart ayında aclıqla mübarizə aparan Qəzzaya gündə orta hesabla cəmi 159 humanitar yardım maşınının girməsinə icazə verdiyi və bunun bölgədəki ehtiyacdan çox aşağı olduğu bildirilib.
“Giriş-çıxış maneələri humanitar yardım briqadalarının Qəzza zolağındakı insanlara çatmaq imkanlarını təhlükə altına almaqda davam edir”, – açıqlamada qeyd edilib.