Xəbərlər

BMT: Livanda 340 minə yaxın suriyalı qaçqın döyüş bölgələrində yaşayır

“Ən azı 340 min suriyalı qaçqın Livanın İsrail və Hizbullah hərəkatı arasındakı döyüşlərdən ən çox zərər çəkmiş bölgələrində yaşayır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

“2023-cü ilin oktyabr ayından BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ikinci dəfə məcburi köçkün düşmüş 95 mindən çox qaçqını müəyyən edib. Hesablamalara görə, həmin ərazilərdə 340 min suriyalı qaçqın yaşayır”, – sənəddə qeyd olunub.