“Ukrayna Silahlı Qüvvələrinin Bryansk və Kursk vilayətlərinə endirdiyi zərbələr kontekstində deyə bilərik ki, bütün mülki şəxslərə və mülki obyektlərə hücumlar qəbuledilməzdir”.
“Füyuzat”ın məlumatına görə, bunu BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi Coys Msuya bildirib.
“Son brifinqimizdən bəri yerli media Rusiya Federasiyasının Bryansk və Kursk vilayətlərində mülki əhalinin tələfatı və mülki infrastruktura dəyən ziyan barədə məlumat verir. Bir daha qeyd etməliyəm ki, beynəlxalq humanitar hüquqa, əsasən, mülki şəxslər və mülki obyektlər qorunmalıdır. Tərəflər hücum edərkən və ya özlərini müdafiə edərkən bütün mümkün ehtiyat tədbirləri görülməlidir”, – o əlavə edib.



