İsrailin Qəzza sektorunda BMT məktəblərinin ərazisində qurulan müvəqqəti yaşayış mərkəzlərinə hücumları nəticəsində son günlər 20-dən çox fələstinli həlak olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) istinadən məlumat yayıb.
Kanalın qeyd etdiyinə görə, İsrail ordusunun Qəzza sektorunda iki gün ərzində BMT məktəblərindəki üç müvəqqəti sığınacağa hücumu nəticəsində azı 21 fələstinli həlak olub.
Onun sözlərinə görə, 2023-cü ilin oktyabrından bəri davam edən İsrail hücumları zamanı Qəzzada ümumilikdə 41 min 788 nəfər həlak olub, 96 min 794 nəfər yaralanıb.