Xəbərlər

BMT ölkələri BCM ilə əməkdaşlığa çağırıb

BMT-nin İnsan Haqları və Terrorla Mübarizə üzrə xüsusi məruzəçisi Ben Saul bütün ölkələri həbs qərarlarının icrası üçün Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə əməkdaşlığa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ben Saul “X” səhifəsində qeyd edib.

“Mən bütün ölkələri həbs qərarlarının icrasını təmin etmək üçün məhkəmə ilə əməkdaşlığa çağırıram”, – Saul bildirib.