Xəbərlər

BMT Özbəkistanın təşəbbüsü ilə qətnamə qəbul edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ekoloji problemlərin effektiv həlli üçün quru ərazilər də daxil olmaqla, deqradasiyaya uğramış torpaqlarda meşələrin salınması və bərpası daxil olmaqla, davamlı meşə idarəçiliyini təşviq etmək məqsədilə Özbəkistanın irəli sürdüyü qətnaməni yekdilliklə qəbul edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edilib ki, 100-dən çox üzv ölkə, o cümlədən Rusiya qətnamənin sponsoru olub.