Xəbərlər

BMT Putinin səfəri ilə bağlı Monqolustana təzyiq etməyib

“Sentyabrın əvvəlində Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfəri ilə bağlı heç bir ölkə BMT-də Monqolustana təzyiq etməyə çalışmadı”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Monqolustan Prezidentinin müşaviri Erdenetsogtyn Odbyaar brifinqdə məlumat verib.

“Ölkəmizin əbədi qonşusu olan Rusiya Federasiyasının prezidentinin səfəri ilə bağlı BMT-nin münasibəti dəyişməyib, bəzi media və sosial şəbəkələrdə yazılanlara məhəl qoymayın”, – Monqolustan dövlətinin başçısının müşaviri bildirib.

O əlavə edib ki, sentyabrın 22-dən 23-dək BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Gələcək Sammitində daha ciddi problemlər müzakirə olunur.