“Anklavdakı vəziyyət “insanlardan ibarət şahmat lövhəsi” kimidir. Minlərlə insan dəfələrlə evlərindən qaçıb və təhlükəsiz sığınacaq tapa bilməyib”.
“Füyuzat”ın məlumatına görə, bunu BMT-nin humanitar məsələlər üzrə rəhbəri Qemma Konnelin bildirib.
“Qəzza zolağının cənubunda yerləşən Rəfah qəsəbəsində nəqliyyat sıxlığı bir çox məcburi köçkünləri sığınacaqsız qoyub. Burada o qədər az yer qalıb ki, insanlar hara gedəcəklərini bilmirlər. Hiss olunur ki, insanlar harasa evakuasiya elan edildiyi üçün şahmat lövhəsində ətrafa köçürülürlər”, – Konnelin əlavə edib.
İsrail tərəfi bildirib ki, hərbçilər Qəzza sektorundakı döyüş zonalarından dinc sakinləri evakuasiya etməyə çalışır, lakin radikallar mülki əhalidən canlı qalxan kimi istifadə edirlər. HƏMAS hərəkatı isə bu ittihamları rədd edib.