Xəbərlər

BMT: Qəzzada 1 milyondan çox insan qidasız qala bilər

“Qəzza zolağında bir milyondan çox insan bölgəyə humanitar yardımın bərpa olunmayacağı təqdirdə mart ayında ərzaqsız qalacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

“Qəzzaya çatdırılmalara icazə verilməsə, bir milyondan çox insan mart ayında ərzaqsız qalma riski ilə üzləşir. Ehtiyatlar sürətlə tükənir və çatışmazlığın öhdəsindən gəlmək üçün BMT tərəfdaşları ailələrə ərzaq yardımını kəskin şəkildə azaldır. OCHA vəziyyətin ən azı iki həftə ərzində dəyişməyəcəyini vurğulayıb. İcma mətbəxləri bağlanmağa məcbur olacaq”, – məlumatda bildirilib.