“İsrail və HƏMAS hərəkatı arasında gedən döyüşlər səbəbindən Qəzza zolağında 486 səhiyyə xidmətindən yalnız 5-i tam olaraq fəaliyyət göstərir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatında bildirilib.
“Səhiyyə partnyorlarından əldə edilən yeni məlumatlar göstərir ki, 486 səhiyyə məntəqəsindən yalnız 5-i son bir ayda tam fəaliyyət göstərir. Bunların yarısı tamamilə bağlanıb, 233-ü isə yalnız qismən fəaliyyət göstərir.
Səhiyyə sektoru dərman, təchizat, yanacaq, qida və suyun kritik çatışmazlığı ilə üzləşir”, – hesabatda bildirilib.