Xəbərlər

BMT: Qəzzada ərzaq çatışmazlığı kritik həddədir

“İsrailin davam edən humanitar yardım blokadası səbəbindən Qəzza zolağında ərzaq təchizatı kritik vəziyyətdədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edib.

“İsrailin Fələstin anklavını tam blokadaya alması, artıq 15-ci gündür ki, ərzaq qiymətlərinin kəskin artmasına səbəb olur. Bəzi əsas qidalar 200%-dən çox bahalaşıb”, – məlumatda bildirilib.