“Qəzzada heç kim təhlükəsizdə deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin Humanitar Məsələlər üzrə müavini Martin Griffiths bildirib.
“Nə vaxt Qəzzada vəziyyətin daha da pisləşməycəyini düşünsək, bunun əksi baş verir. İnsanlar köçmək və bir-birinin ardınca qeyri-mümkün seçimlər etmək məcburiyyətində qalırlar. Qəzzada heç bir yer – xəstəxanalar, sığınacaqlar, qaçqın düşərgələri təhlükəsiz deyil. Heç kim təhlükəsizdə deyil”, – Griffiths qeyd edib.
Sonda o, münaqişələrin dayandırılmasının vacib olduğunu da vurğulayıb.