Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzzanın mərkəzində xəstəxana şəhərciyinə və köçkün mülki şəxslərin sığındığı məktəbə hücumundan sonra təcili atəşkəs çağırışını təkrarlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin sosial media hesabındakı paylaşımında məlumat yayılıb.
Verilən məlumata görə, hücumun BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) Yaxın Şərqdəki məktəbini də hədəf aldığı və məktəbin poliomielit peyvəndi üçün istifadə edilməsinin planlaşdırıldığı bildirilib.