Xəbərlər

BMT: Qəzzalıların təcili tibbi yardıma ehtiyacı var

Qəzza zolağında yaşayan insanların təcili tibbi yardıma ehtiyacı var.

“Füyuzat”ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.

Məlumatda yardımın bölgəyə təhlükəsiz və davamlı şəkildə çatması üçün daha çox gözləməyin mümkün olmadığı vurğulanıb.

Qeyd edilib ki, Qəzza xalqının təcili sağlamlıq xidmətlərinə ehtiyacı var və UNRWA-ya bağlı sağlamlıq mərkəzlərinin yalnız kiçik bir hissəsi fəaliyyət göstərə bilir.