Xəbərlər

BMT: Suriyada vəziyyət kritikdir

Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyada humanitar böhranın davam etdiyini və humanitar yardım üçün maliyyə çatışmazlığının qorxulu səviyyədə olduğunu bəyan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin humanitar məsələlər üzrə işçi qrupunun koordinator müavini Devid Karden bildirib.

“İyunun sonuna qədər suriyalılara dəstək üçün 2 milyard dollar lazımdır, lakin indiyədək cəmi 179 milyon dollar toplanıb. İndi Suriyaya sərmayə qoymağın vaxtıdır, çünki ölkə öz xalqı üçün daha müstəqil gələcəyin formalaşdırılmasına kömək etmək və onların təhlükəsiz və ləyaqətli qayıdışını dəstəkləmək üçün kritik keçid mərhələsindədir”, – məlumatda bildirilib.