Xəbərlər

BMT Trampın dövründə ABŞ-ın maliyyələşdirməni dayandıracağından qorxur

“BMT agentlikləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də vəzifəyə başlayacağı zaman təşkilata ayrılan maliyyəni kəsəcəyindən qorxur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Agence France-Presse (AFP) BMT nümayəndələri və analitiklərinə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, Tramp həmçinin BMT-nin gender bərabərliyi strukturunun, BMT-nin Qadınlar və İnsan Hüquqları üzrə Ali Komissarlığının Bürosunun maliyyəsini kəsə bilər.

Qeyd edək ki, Vaşinqton BMT-nin əsas donorlarından biri olaraq qalır və ABŞ-ın töhfələri təşkilatın 2022-ci ildəki ümumi büdcəsinin üçdə birindən çoxunu təşkil edir.