Xəbərlər

BMT: Ukraynada 10 500-dən çox dinc sakin həyatını itirib

“Rusiya ilə müharibənin davam etdiyi Ukraynada 10 min 500-dən çox mülki şəxs ölüb, 20 mindən çox insanın isə yaralanıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk söyləyib.

Türk BMT İnsan Haqları Şurasının 55-ci Sessiyası çərçivəsində “Ukraynada insan haqları” başlığı ilə nəşr olunan BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) hesabatı ilə bağlı interaktiv dialoq toplantısı keçirilib.

2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsinin iki ili geridə qoyduğunu xatırladan Türk, bu prosesin böyük ağrı və itkilərlə keçdiyini bildirib.

O, ötən həftədən etibarən Ukrayna daxilində qarşıdurmaların artdığını və ukraynalı uşaqların öz dillərində təhsil almaq hüququndan məhrum edildiyini vurğulayıb.

“Ukraynanın Rusiyanın işğal etdiyi bəzi bölgələri geri almasından sonra bu pozuntuların çoxu sona çatdı. Bununla belə, bölgənin bəzi sakinləri bu dəfə Ukrayna səlahiyyətlilərinin əli ilə yenidən zərər gördü”, – Türk bildirib.

Qeyd edək ki, BMT rəsmisi müharibəni bitirməyin vaxtının gəldiyini vurğulayıb və müharibənin verdiyi yaraların sağalması lazım olduğuna diqqət çəkib.