Boliviya Prezidenti Luis Arce BRİCS ölkələrinin Cənubi Amerika dövlətinə tərəfdaş ölkə statusunun verilməsi qərarını təsdiqlədiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Boliviya Prezidenti jurnalistlərə açıqlamasında deyib.
“Boliviya BRİCS-ə qoşulmaq yolunda mühüm addım atdı. Üzv ölkələr ona tərəfdaş ölkə statusunun verilməsini təsdiq etdiklərini açıqlayıblar”, – Luis Arce bildirib.