Xəbərlər

Boliviyada 200-dən çox əsgər girov götürülüb

Boliviyanın Koçabamba şəhəri yaxınlığındakı kazarmanın silahlı qrup tərəfindən ələ keçirildiyi və 200-dən çox əsgərin girov götürüldüyü bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN” məlumat yayıb.

Qruplaşmanın çoxlu silah-sursat müsadirə etdiyi qeyd edilib.

Verilən məlumata görə, silahlı qrupdan Koçabamba yaxınlığındakı kazarmaları dərhal və dinc yolla tərk etmələri tələb edilib, əks halda onların hərəkətlərinin ölkəyə xəyanət kimi qiymətləndiriləcəyi vurğulanıb.