Xəbərlər

Bolqarıstan Aİ Komissiyasına üzv olmaq üçün namizədlərini seçib

Bolqarıstanın Baş naziri Dimitar Qlavçev Avropa İttifaqı (Aİ) Komissiyasına üzvlüyünə namizədlər kimi Yekaterina Mixaylova və Yulian Popovu seçib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

Baş nazir qeyd edib ki, ona 7 namizəddən ibarət siyahı təqdim olunub və o bu siyahıdan Mixaylova ilə Popovu seçib. Qlavçev həmçinin onuda bildirib ki, bütün namizədlər çox bacarıqlı olub, ancaq bu iki şəxsin üzərində seçim edib.