Xəbərlər

Bolqarıstan Ukraynaya “Qvozdika”lar göndərib

Bolqarıstan Ukraynaya “Qvozdika” özüyeriyən artilleriya sistemlərini göndərib.

“Füyuzat”ın məlumatına görə, bunu Bolqarıstanın müdafiə naziri Atanas Zapryanov brifinqdə bildirib.

“Bolqarıstan Ukraynaya müxtəlif texnika, silah və sursat daxil olmaqla səkkiz paket hərbi yardım göndərib. Bunlara “Qvozdika” adlı özüyeriyən silahlar da daxildir”, – nazir bildirib.