Xəbərlər

Bolqarıstan XİN Polşada yaşanan PUA insidentinə görə Rusiyaya yazılı nota verib

Bolqarıstan Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfiri Eleonora Mitrofanovanı çağırıb və ona Polşada yaşanan PUA insidentilə bağlı yazılı nota verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi bəyanatında qeyd olunub.

“Bolqarıstan hakimiyyəti Polşanın hava məkanının pozulmasını kəskin şəkildə pisləyir”, – məlumatda bildirilib.