Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov və Misirin Moskvadakı səfiri Nazih Naqari müxtəlif səviyyələrdə ikitərəfli təmasların cədvəlini, Fələstin-İsrail münaqişəsi zonasında görülən işlərin vəziyyətini və Suriyadakı vəziyyəti müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Söhbət zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı, Suriyadakı, Liviyadakı və Sudandakı böhranlı vəziyyətlər barədə ətraflı fikir mübadiləsi aparılıb”, – məlumatda bildirilib.