Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov və İsrailin Rusiyadakı səfiri Simona Qalperin Fələstin-İsrail münaqişəsi zonasında hazırkı vəziyyəti müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.
Söhbət zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı işlərin vəziyyətinə xüsusi diqqət yetirilmiş, Yaxın Şərqdəki hazırkı vəziyyət ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Tərəflər, həmçinin Rusiya-İsrail çoxtərəfli əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı məsələləri nəzərdən keçirib.
Qeyd edək ki, Nazirlik görüşün İsrail tərəfinin təşəbbüsü ilə baş tutduğunu bildirib.