“Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə öz ordusunu yarada bilməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Aİ diplomatiyasının rəhbəri Cozep Borrell deyib.
“Bu, bir gecədə baş verməyəcək. Suverenliyi müəyyən edən ordu, ortaq valyuta və ümumi sərhədlərdir. Bizə qalan ordunun yaradılmasıdır, lakin bunu etmək çox çətindir. Bizə yekdil qərar lazımdır, lakin yekdilliyə nail olmaq çətindir”, – Borrell bildirib.