Xəbərlər

Borrell: Aİ-də Ukrayna Silahlı Qüvvələrinin təlimi genişlənəcək

Avropa İttifaqı (Aİ) ölkələrinin ərazisində Ukrayna Silahlı Qüvvələrinin təlimini 60 mindən çox əsgərin qatılımı ilə genişləndiriləcək.

“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell söyləyib.

“Ukraynalı hərbçilərin təlimini necə genişləndirəcəyimizi müzakirə edəcəyik, məqsəd 60 min nəfəri yetişdirmək idi, biz bu sayı daha da artıracağıq”, – Borrell qeyd edib.