“Avropa İttifaqı (Aİ) üçüncü ölkələrlə müdafiə sazişləri şəbəkəsi yaratmaq niyyətindədir və bütün maraqlı tərəfləri bu addıma qoşulmağa çağırır”.
“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell təhlükəsizlik məsələlərinə həsr olunmuş Brüssel Şuman Forumunu açarkən bildirib.
“Təhlükələrin sayı artır. Biz əməkdaşlıq sistemimizi genişləndirməliyik, müdafiə və təhlükəsizlik üzrə yeni tərəfdaşlıqlar yaratmalıyıq. Mən indicə Moldova və Norveçlə iki yeni tərəfdaşlıq imzaladım. Daha altısını hazırlayırıq. Biz müdafiə sahəsində əməkdaşlığı inkişaf etdiririk, çünki bütün dünyada müdafiə tərəfdaşlığı şəbəkəsi yaratmaq istəyirik”, – Borrell qeyd edib.