“Avropa İttifaqı (Aİ) Ukrayna ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmalı və Kiyevi daha tez və daha çox silahla təmin etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Aİ diplomatiyasının rəhbəri Cozep Borrell deyib.
“Avropa mübahisəni dayandırmalı və Ukraynaya daha tez silah verməyə başlamalıdır. Çox vaxt biz birlikdə hərəkət edmirik, ona görə də, Ukraynaya yardımla bağlı müzakirələr çox uzun çəkir”, – Borrell vurğulayıb.