Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell BMT Baş Assambleyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Euractiv” portalı Cozep Borrellin sözlərindən sitat gətirib.
Eyni zamanda İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi qeyd edib ki, İran vicdanla üzərinə düşəni etməyə və qarşılıqlı maraq və narahatlıq doğuran məsələləri müzakirə etməyə hazırdır.