Avropa İttifaqının (Aİ) rəhbəri Cozep Borrell Kiyevə gəlib.
“Füyuzat”ın məlumatına görə, o bu barədə “X”də yazıb.
Borrell qeyd edib ki, bu, onun Kiyevə beşinci səfəridir və Aİ diplomatik xidmətinin rəhbəri kimi sonuncu dəfə səfər edəcək.
Borrell vurğulayıb ki, Ukraynaya dəstək Aİ gündəminin əsas mövzusu olaraq qalmaqda davam edəcək.
Qeyd edək ki, bir gün əvvəl Aİ liderlərinin Budapeştdə keçirilən qeyri-rəsmi görüşündə Borrell bildirib ki, səfər zamanı Kiyevə yardım göstərilməsini ölkə hakimiyyəti ilə müzakirə etməyi planlaşdırır.