Xəbərlər

Borrell: Livanda müharibə sabitlik və təhlükəsizliyə təhdiddir

“Livandakı müharibə sabitlik və təhlükəsizliyə ciddi təhdiddir”.

“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

“Livandakı müharibə sabitlik və təhlükəsizliyə təhdiddir və regionda sülhün yaradılmasının qarşısını alır. Bu müharibə, şübhəsiz ki, bölgəyə ciddi ziyan vuracaq. Biz Qəzzada region üçün daha böyük nəticələrə səbəb olan müharibədən qaçmalıyıq”, – Borrell bildirib.