“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı verməsi Yaxın Şərqdə münaqişənin inkişafına təsir göstərməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
“Netanyahunun öz nazirlərinin dediklərinə, ABŞ-ın müharibə ilə bağlı mövqeyinə əsasən, təəssüf ki, sərəncamın təsirinin olacağını düşünmürəm. Orderin verilməsi dünyanın Qəzza zolağındakı münaqişəyə və İsrail hökumətinə necə baxdığına təsir edəcək”, – Borrell əlavə edib.