“Qəzza zolağında humanitar fəlakət görünməmiş həddə çatıb, 40 mindən çox insan həlak olub və orada dağıntıların təmizlənməsi 10 il çəkəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozef Borrell söyləyib.
“Qəzzada misli görünməmiş nisbətdə texnogen humanitar fəlakət görürük, 70 min uşaq yetim qaldı, 40 mindən çox insan öldü, Qəzzanın yenidən qurulması zamanı yalnız dağıntıları təmizləmək 10 il çəkəcək”, – Borrell bildirib.