Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozep Borrell BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzzada yerləşən obyektlərinin kütləvi atəşə tutulmasını pisləyib və əraziyə humanitar yardımın daxil olmasına imkan yaratmaq üçün dərhal atəşkəsə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Borrell “X”də yazıb.
“Mən UNRWA obyektlərinin kütləvi şəkildə atəşə tutulmasını və dağıdılmasını pisləyirəm. Humanitar yardım və məcburi köçkünlərin təhlükəsiz keçidini təmin etmək üçün dərhal atəşkəs çağırışını dəstəkləyirəm”, – Borrell yazıb və vurğulayıb ki, “beynəlxalq müşahidəçilər və mediaya rahat çıxış imkanı verilsin”.
Avropa diplomatiyasının rəhbərinin sözlərinə görə, hazırda Qəzzanın şimalındakı vəziyyətlə bağlı xəbərlər qorxuncdur: “İnsanların süni aclıqdan və məcburi köçkünlükdən əziyyət çəkməsinə haqq qazandırmaq olmaz”.