Xəbərlər

Borrell: Ukrayna üçün hava hücumundan müdafiə sistemləri təmin edəcəyik

“Avropa İttifaqının (Aİ) xarici işlər və müdafiə nazirləri Ukraynaya göndərmək üçün hava hücumundan müdafiə sistemləri və döyüş sursatları axtaracaqlar”.

“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrell bildirib.

“Biz daha çox döyüş sursatı, daha çox hava hücumundan müdafiə sistemi və raketlər verməliyik. Çünki raketsiz hava hücumundan müdafiə patronsuz silaha bənzəyir. Biz ukraynalıların onsuz da malik olduğu batareyaları raketlə təmin etməli, batareyaların sayını artırmalıyıq. Biz Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək üçün bütün ölkələrdən hava hücumundan müdafiə sistemləri və sursat axtarmalarını xahiş etdik”, – Borrell qeyd edib.